Parlament "Üzüm tənəyi və şərab haqqında" qanuna dəyişiklikləri birinci oxunuşda qəbul edib
Parlament "Üzüm tənəyi və şərab haqqında" qanuna dəyişiklikləri birinci oxunuşda qəbul edib

 

Parlament “Üzüm tənəyi və şərab haqqında” qanuna dəyişiklikləri birinci oxunuşda müzakirə edib və 77 səslə qəbul edib.

Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin müavini Zurab Ezuqbaia dəyişikliklərin əsas mahiyyətini qanunvericilərə təqdim edib.

Məruzəçinin məlumatına əsasən, “Kiçik ölçülü şərab zirzəmisi”nin izahatı dəyişir və şərab müəssisəsinin illik istehsal gücü 40 000 litrdən 25 000 litrədək azaldılır.

Qanuna yeni termin — “alkoqollu içkinin işarələnməsi” əlavə edilir.

Zurab Ezuqbaia bildirib ki, “alkoqollu içkinin işarələnməsi” termini Milli Şərab Agentliyi tərəfindən verilən – QR kodunun alkoqollu içkinin etiketinə, qabına və ya qablaşdırmasına yerləşdirilməsi kimi müəyyən edilir.

Dəyişikliklərə əsasən, Gürcüstanda istehsal olunan qorunan mənşə adına malik alkoqollu içkinin, ixrac və yerli istehlak bazarında satış üçün ayrılmış bütün kateqoriyalı şərabların orqanoleptik yoxlanışı məcburi olur.

Bu tələb kiçik ölçülü şərab zirzəmisində istehsal olunan təbii şəraba şamil edilməyəcək. Satış üçün ayrılmış, sertifikatlı alkoqollu içkinin işarələnməsi məcburi olacaq. Milli Şərab Agentliyi işarələnməni ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri tərəfindən müəyyən edilmiş qaydada həyata keçirəcək.

Zurab Ezuqbaianın qeyd etdiyi kimi, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri 2026-cı ilin noyabrın 1-dək “Alkoqollu içkinin işarələnməsi qaydasının və formasının təsdiq edilməsi haqqında” əmr verməli və müvafiq normativ aktların bu qanuna uyğunlaşdırılmasını təmin etməlidir.

Gürcüstan hökuməti 2027-ci ilin fevralın 1-dək satış üçün ayrılmış, sertifikatlı alkoqollu içkinin işarələnmə haqqının müəyyən edilməsini təmin etməlidir.