Parlament “Toplantılar və nümayişlər haqqında” qanuna dəyişiklikləri üçüncü oxunuşda qəbul edib
Gürcüstan Parlamenti “Toplantılar və nümayişlər haqqında” qanuna dəyişiklikləri onu müşaiyət edən layihələrlə birlikdə üçüncü oxunuşda qəbul edib.
Təşəbbüsçülərdən biri, Hüquq Məsələləri Komitəsinin sədri Arçil Qorduladze məsələni plenar iclasda təqdim edib.
Dəyişikliklərə əsasən, toplantı və ya nümayiş xalqın hərəkət etdiyi yerdə keçirildiyi təqdirdə, dövlət hakimiyyətinin müvafiq orqanının əvvəlcədən xəbərdarlıq etmə öhdəliyi müəyyən edilir.
Bununla yanaşı, toplantı və ya nümayiş ictimai təhlükəsizliyə, nizama, müəssisələrin, qurumların və təşkilatların normal fəaliyyətinə, nəqliyyat vasitələrinin, insanların hərəkətinə və ya insan hüquq və azadlıqlarına real təhlükə yaradırsa, dövlət hakimiyyətinin müvafiq orqanı toplantı və ya nümayiş iştirakçılarına toplantının və ya nümayişin keçirilməsinin alternativ yeri, zamanı və/və ya marşrut barədə müvafiq göstəriş vermə səlahiyyətinə malik olacaq. Qeyd olunan göstərişin yerinə yetirilməməsi Gürcüstan qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaq.
Bundan başqa, qanun layihəsi ilə toplantı və ya nümayişin dayandırılması ilə bağlı məsələlər tənzimlənir.
Məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayır.