Parlament "Tibb fəaliyyəti haqqında" qanuna dəyişikliyi üçüncü oxunuşda qəbul edib
Parlament "Tibb fəaliyyəti haqqında" qanuna dəyişikliyi üçüncü oxunuşda qəbul edib

 

Parlament “Tibb fəaliyyəti haqqında” qanuna dəyişikliyi üçüncü oxunuşda, sürətləndirilmiş qaydada müzakirə edib və 85 səslə qəbul edib.

Qanun layihəsinə əsasən, Peşəkar İnkişaf Şurasının qərarı ilə defisit olan həkimlik ixtisaslarında kiçik həkimə, əgər şəxs qanun layihəsi ilə nəzərdə tutulan dövrdə müstəqil tibbi fəaliyyət subyektinin nəzarəti altında işləyibsə, həmçinin həmin dövrdə onun tərəfindən yerinə yetirilən iş bu həkimlik ixtisasının rezidentura proqramı ilə nəzərdə tutulan tələblərə cavab verirsə 2026-cı ilin oktyabrın 1-nə qədər dövlət sertifikasiya imtahanını vermək və müstəqil həkim fəaliyyəti hüququnu almaq icazəsi verilə bilər.

Dəyişikliyə əsasən, dövlət sertifikasiya imtahanına buraxılmaq hüququ əldə etmək üçün, müvafiq defisit həkimlik ixtisası üzrə kiçik həkimin işlədiyi müddət bu ixtisas üzrə rezidentin kursunun müddətindən az olmamalıdır.