Parlament seçkilərində səslərin kifayət qədər toplanmaması səbəbindən Danimarkanın Baş naziri Mete Frederiksen koalisiya hökumətinin istefası haqda ərizə yazıb
Danimarkanın Baş naziri Mete Frederiksen seçkilərdə kifayət qədər səs toplaya bilmədikdən sonra koalisiya hökumətinin istefası haqda ərizə yazıb. Bu haqda məlumatı “Reuters” yayır.
Bununla yanaşı, medianın yazdığı kimi, Frederiksenin hələ də yeni nazirlər kabinetinə rəhbərlik etmək şansı var.
Məlumdur ki, birinci yerə çıxan Sosial Demokrat Partiyası səslərin 21,9%-ni toplayıb, bu da əksəriyyətini formalaşdırmaq üçün kifayət deyil.
İndi Mete Frederiksen koalisiya hökuməti qurmaq və ölkəyə üçüncü müddətə rəhbərlik etmək üçün digər partiyalarla danışıqlar aparmağa çalışacaq.