Parlament sarayında fevralın 4-də sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq
Parlament sarayında fevralın 4-də sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq

 
Parlament sarayında fevralın 4-də sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq. Bu haqda Gürcüstan Parlamentinin bəyanatında deyilir.

“Cari ilin fevralın 4-də yaz sessiyasının ilk iclasında Gürcüstan Prezidenti ölkənin vəziyyətinin ən mühüm məsələlərinə dair məruzə ilə çıxış edəcək.

Bununla əlaqədar, “Gürcüstanın parlament sarayında təhlükəsizliyin qorunması qaydasının təsdiq edilməsi haqqında” Gürcüstan Parlamentinin sədrinin 2023-cü ilin 4 sentyabr tarixli N1/259/23 sərəncamına uyğun olaraq, cari ilin fevralın 4-də parlament sarayında sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq – ziyarətçilərin parlament sarayına girişi məhdudlaşdırılacaq.

Parlamentin planlaşdırılmış tədbirlərinə (o cümlədən komitə və plenar iclaslara) yalnız müvafiq struktur vahidləri tərəfindən dəvət olunmuş şəxslər buraxılacaqlar.

Parlament tədbiri başa çatana qədər binaya televiziya yayımçıları/telemedia vasitələrinin sayı ikidən artıq olmayan akkreditə olunmuş qrupu buraxılacaq.

Sözügedən tədbirin məqsədi Gürcüstanın parlament sarayında iş və təhlükəsiz mühiti təmin etməkdir” – bəyanatda qeyd olunub.