Parlament sabiq Cənubi Osetiya muxtar vilayətinin ərazisində müvəqqəti inzibati-ərazi vahidinin administrasiyasını ləğv edən qanun layihəsini dəstəkləyib
Parlament sabiq Cənubi Osetiya muxtar vilayətinin ərazisində müvəqqəti inzibati-ərazi vahidinin administrasiyasını ləğv edən qanun layihəsini dəstəkləyib

 

Parlament üçüncü oxunuşda “Sabiq Cənubi Osetiya muxtar vilayətində münaqişənin sülh yolu ilə həlli üçün müvafiq şəraitin yaradılması haqqında” və “Sabiq Cənubi Osetiya muxtar vilayətində münaqişə nəticəsində Gürcüstan ərazisində zərərçəkənlərin əmlakının geri qaytarılması və kompensasiyası haqqında” Gürcüstan qanunlarının etibarsız elan edilməsi haqqında” qanun layihəsini dəstəkləyib.

Parlament qanun layihəsini yekdilliklə, 83 səslə qəbul edib.

Layihəyə əsasən, 2026-cı ilin yanvarın 1-dən sabiq Cənubi Osetiya muxtar vilayətinin ərazisində müvəqqəti inzibati-ərazi vahidi və müvəqqəti inzibati-ərazi vahidinin administrasiyası – Cənubi Osetiya Administrasiyası ləğv edilir.

Bununla yanaşı, işdən azad edilmiş sabiq Cənubi Osetiya muxtar vilayətinin ərazisində müvəqqəti inzibati-ərazi vahidinin administrasiyası – Cənubi Osetiya Administrasiyasının əməkdaşlarına üç aylıq əmək haqqı məbləğində kompensasiya ödəniləcək.

Qanun layihəsinin müəllifləri və təşəbbüskarları Gürcüstan Parlamentinin üzvləridir: Qiorqi Volski, İrakli Kirtsxalia, Arçil Qorduladze, Rati İonatamişvili, Aluda Ğuduşauri, Davit Matikaşvili, Quram Macaraşvili, Akaki Aladaşvili, Tenqiz Şarmanaşvili, Aleksandre Tabatadze və Tornike Ceişvili.

Məlumatı Gürcüstan Parlamenti yayır.