Parlament Regional İnkişaf və İnfrastruktur nazirliklərinin birləşdirilməsini dəstəkləyib
Gürcüstan parlamenti 83 səslə, bir deputatın əleyhinə səs verməsi ilə Regional İnkişaf və İnfrastruktur nazirliklərinin birləşdirilməsini dəstəkləyib.
“Gürcüstan hökumətinin strukturu, səlahiyyətləri və fəaliyyət qaydaları haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihələri paketini plenar iclasda üçüncü oxunuşda hökumətin parlament katibi Vaxtanq Baçiaşvili təqdim edib.
Dəyişikliyə əsasən, iki dövlət qurumu — Regional İnkişaf Nazirliyi və İnfrastruktur Nazirliyi — birləşdirilərək Regional İnkişaf və İnfrastruktur Nazirliyi yaradılacaq.
Bununla yanaşı, hüquq-mühafizə orqanlarının koordinasiyası məsələləri üzrə dövlət naziri vəzifəsi də ləğv edilir.