Parlament “Qaxaria Gürcüstan Üçün” Partiyasının 12 üzvünün deputat səlahiyyətini tanıdı
Parlament “Qaxaria Gürcüstan Üçün” partiyasının 12 üzvünün deputat səlahiyyətini tanıdı.
Qaxaria və onun 11 tərəfdaşının yerinə parlamentə daxil olanlar bunlardır: Gela Abuladze, Cemal Ananidze, Ketevan Bakaradze, Rusudan Tevzadze, Malxaz Toria, Şalva Kereselidze, Salome Kobaladze, Giga Farulava, Vika Pilpani, Giorgi Şaraşidze, Tamar Xvedeliani və Sofio Xorquani.
Qiorqi Qaxaria və onun partiyasının 11 üzvünün – Teona Akubardia, Ana Buçukur, Levan Gogiçaişvili, Zaza Tavdze, Beka Liluashvili, Natia Mezvrişvili, Berdia Siçinava, Kaxaber Kemoklidze, Roin Koçoraşvili, Dimitri Tskitişvili və Zviad Dzidziguri – deputat səlahiyyətləri 2 iyul iclasında dayandırılmışdı.
“Gürcü Arzusu” partiyası Qaxaria komandasının deputat mandatlarının vaxtından əvvəl dayandırılmasına səbəb kimi parlament iclaslarını üzrsüz səbəblə buraxmağı göstərmişdi.
Parlament sədri dünənki Büro iclasında bildirib ki, Gaxaria partiyası Mərkəzi Seçki Komissiyasına müraciət edib, siyahıda müəyyən korrektə edib və həmin 12 şəxsi təqdim edib ki, onlar parlamentin üzvləri olsun.
Xatırladaq ki, Qiorqi Qaxaria deputat mandatlarından imtinanı səhv adlandırmış və partiya üzvlərinin parlamentə daxil olmasını istisna etməmişdi.