Parlament "Qaxaria Gürcüstan Naminə"nin üzvü Daci Kovziridzenin deputat səlahiyyətini tanıyıb
Parlament "Qaxaria Gürcüstan Naminə"nin üzvü Daci Kovziridzenin deputat səlahiyyətini tanıyıb

 

Parlament bu gün “Qaxaria Gürcüstan Naminə” siyasi birliyinin üzvü Daci Kovziridzenin parlament üzvü səlahiyyətini tanıyıb.

Qətnamə layihəsi plenar iclasda səsə qoyulub və 78 səslə təsdiqləyiblər.

Daci Kovziridze parlamentin əksilən üzvü Rusudan Tevzadzenin yerinə gəlib. “Qaxaria Gürcüstan Naminə” partiyası parlamentə daxil olmaq qərarını elan etdikdən sonra Rusudan Tevzadze parlament mandatından imtina etdi və partiyanı tərk etdi.