Parlament oyun biznesi sahəsində icazə şərtlərinin yerinə yetirilməməsinə görə tətbiq olunan cərimələrin artırılmasını birinci oxunuşda dəstəkləyib
Parlament 86 səslə, birinci oxunuşda “Lotereyaların, azartlı və uduşlu oyunların təşkili haqqında” Qanuna düzəlişin daxil edilməsini dəstəkləyib. Bu haqda məlumatı Gürcüstan Parlamenti yayır.
Gürcüstan Parlamentinin məlumatına əsasən, qanun layihəsi icazə şərtlərinin pozulmasına görə müəyyən edilmiş cərimələrin miqdarının artırılmasını nəzərdə tutur. Xüsusilə, kazinonun təşkili icazəsinə malik olanlar üçün cərimənin miqdarı 7000 lari əvəzinə 20000 lari müəyyən ediləcək.
“Oyun avtomatları salonunun təşkili icazəsinə malik olanlar üçün cərimə məbləği 1 000 lari əvəzinə 10 000 lari müəyyən ediləcək;
Qumar klubunun təşkili icazəsinə malik olanlar üçün cərimə məbləği 2 000 lari əvəzinə 10 000 lari müəyyən ediləcək.
Azartlı və ya uduşlu oyunların təqdim edilməsi icazəsinə malik olanlar üçün cərimə məbləği 2 000 lari əvəzinə 10 000 lari müəyyən ediləcək, elektron-sistem formasında kazino, oyun avtomatları və totalizator oyunlarının təşkili icazəsinə malik olanlar üçün isə cərimə 7 000 lari əvəzinə 20 000 lari müəyyən ediləcək.
Qanun layihəsinin təşəbbüskarı Gürcüstan hökuməti, müəllifi isə Gürcüstanın Maliyyə Nazirliyidir” – Gürcüstan Parlamentinin yaydığı məlumatda deyilir.