Parlament nəqliyyat vasitəsinin sürücülük vəsiqələri ilə bağlı qanunvericilik dəyişikliyini qəbul edib
Parlament nəqliyyat vasitəsinin sürücülük vəsiqələri ilə bağlı qanunvericilik dəyişikliyini qəbul edib

 

Parlament “İnzibati Xətalar Məcəlləsi”nə dəyişikliyin daxil edilməsini üçüncü oxunuşda müzakirə edib və 89 səslə dəstəkləyib.

Qanun layihəsinə əsasən, qanun pozuntularını törədən şəxslərə qanunla müəyyən edilmiş şərtlər yerinə yetirildiyi təqdirdə, nəqliyyat vasitəsini idarəetmə hüququnun vaxtından əvvəl bərpası məqsədilə müvafiq işlərə baxan orqana müraciət etməsinə imkan verən normalar İnzibati Xətalar Məcəlləsindən çıxarılacaq.

Həmçinin, dəyişiklik keçid müddəasını əhatə edir, ona əsasən, 2025-ci ilin dekabrın 16-sı da daxil olmaqla, İnzibati Xətalar Məcəlləsinin 116-cı (Nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi və nəqliyyat vasitəsinin idarə olunması ilə bağlı digər, ayrı-ayrı inzibati hüquqpozuntuları) və/və ya 123-cü (Yol-nəqliyyat hadisəsi yerini tərk etmə və ya polisin nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməmə) maddələri ilə müəyyən edilmiş inzibati xətanı törətmiş şəxs, bir dəfəlik olaraq qeyd olunan xətayı törətdiyinə görə tətbiq edilmiş inzibati cəzadan — nəqliyyat vasitəsini idarəetmə hüququnun dayandırılmasından azad ediləcək, lakin yenə də o, cəza almış şəxs hesab olunacaq.

Nəqliyyat vasitəsini idarəetmə hüququnun bərpası 2026-cı ilin yanvarın 1-dən mərhələli şəkildə həyata keçiriləcək.

Məlumatı Gürcüstan Parlamenti yayır.