Parlament Müvəqqəti İstintaq Komissiyasının rəyinin sənədini və onunla əlaqədar qəbul edilmiş qərarı dərc edir
Parlament Müvəqqəti İstintaq Komissiyasının rəyinin sənədini və onunla əlaqədar qəbul edilmiş qərarı dərc edir

 

Parlament “2003–2012-ci illərdə fəaliyyət göstərən rejimin, bu rejimin siyasi vəzifəli şəxslərinin və siyasi partiyalarda birləşmiş hazırkı və sabiq vəzifəli şəxslərin 2003-cü ildən bu günədək olan fəaliyyətini öyrənən Gürcüstan Parlamentinin Müvəqqəti İstintaq Komissiyası”nın rəyini və onunla əlaqədar qəbul edilmiş qərarı dərc edir.

Komissiyanın rəyi təxminən 500 səhifəni əhatə edir. Parlament tərəfindən yayılmış məlumatda qeyd olunduğu kimi, hesabatda “2003-2012-ci illərdə fəaliyyət göstərən rejimin, bu rejimin siyasi vəzifəli şəxslərinin və siyasi partiyalarda birləşmiş hazırkı və sabiq vəzifəli şəxslərin 2003-cü ildən bu günədək olan fəaliyyəti” qiymətləndirilib.

Parlamentin məlumatına əsasən, istintaq komissiyasının rəyində təqdim olunan faktların təhlili əsasında parlament müəyyən edib ki, baş verib: “Milli Hərəkat” rejimi tərəfindən edilmiş işgəncə və qeyri-insani rəftar; “Milli Hərəkat” rejiminin nümayəndələri tərəfindən törədilmiş qətllər və zorakılıq, şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması; Korrupsiya, biznesə qarşı reket və mülkiyyət hüququnun kobud şəkildə pozulması faktları; Media azadlığına qarşı törədilmiş əməllər; Gürcüstanın ərazi bütövlüyü və sülh prosesinə qarşı törədilmiş hərəkətlər; Mixeil Saakaşvilinin, “Milli Hərəkat”ın və onlarla əlaqəli şəxslərin 2012–2025-ci illərdə destruktiv fəaliyyəti”.

Gürcüstan Parlamentinin Müvəqqəti İstintaq Komissiyasının rəyi https://web-api.parliament.ge/storage/files/shares/media-32/september/04.09.2025/daskvna-399162.pdf

 

Gürcüstan Parlamentinin Müvəqqəti İstintaq Komissiyasının fəaliyyətinin nəticələri haqqında Gürcüstan Parlamentinin qərarı https://web-api.parliament.ge/storage/files/shares/media-32/september/04.09.2025/dadgenileba%20-%20958-IV%E1%83%9B%E1%83%A1-XI%E1%83%9B%E1%83%9E.pdf