Parlament MSK sədri və üzvlərini yenə seçə bilmədi

14:28, 26.07.2021

MSK sədrliyi və üzvülüyünə namizədlərinə bu gün üçüncü dəfə səsə qoyuldu, lakin namizədlər Parlamentdə lazım olan dəstəyi yenə qazana bilmədilər.

Daha dəqiq olaraq, MSK sədrliyinə namizəd, Giorgi Kalandarişvilini 81 deputat dəstəklədi, yeddi deputat isə, əleyhinə səs verdi.

MSK sədrliyinə ikinci namizəd, Giorgi Santurianini üç deputat dəstəklədi, səkkiz deputat isə, əleyhinə səs verdi.

Eləcə də, MSK üzvlüyünə təqdim olunan namizədlər səsvermə nəticəsində lazım olan sayda səsləri toplaya bilmədilər.

Daha dəqiq olaraq, MSK üzvlüyünə təqdim olunan namizəd Giya Sasaşvilini 77 deputat dəstəklədi, yeddisi əleyhinə səsverdi. Daha bir namizəd, Lela Talurini 17 deputat dəstəklədi, əleyhinə səs verən olmayıb.

Tamar Sartaniyanı 14 deputat dəstəklədi, beşi əleyhinə səs verdi. Maya Zaradzeni 78 deputat dəstəklədi, beşi ılyhinə səs verdi.

MSK sədrini və ya üzvünü beş illik müddətlə təsdiq etmək üçün səslərin 2/3 lazımdır, yəni ən azından 100 deputatın dəstəyi lazımdır. Müvafiq olaraq, MSK sədrliyinə namizədlərin siyahısı yenidən səsverməyə çıxarılacaq. Parlament namizədləri dörd dəfə səsə qoya bilər. İlk dəfədə beş illik müddətlə təsdiq olunmaq üçün 00 deputatın dəstəyi lazımdır.

Yetərli olmayan səslər təqdirində, səsvermə yenidən təyin edilir, burada da yenə 100 səsin səfərbərliyi mütləqdir. Əgər yenə lazın olan səs toplanmasa, artıq bu dəfə 90 səs yetərli olur. Əgər hər üç halda lazım olan səslərin səfərbərliyi baş vermədisə, yekunda namizədlər siyahı çoxluğu ilə təsdiq olunacaqlar, lakin 5 illiyinə deyil, 6 aylığına seçiləcəklər. Sonra isə, proses yenidən keçiriləcək.

 

Oxşar