Parlament konkret şəxslər tərəfindən partiya yaradılmasını, üzvlüyü, siyasi vəzifə tutmağı, partiyanı maliyyələşdirməyi və siyahıya salınmanı qadağan edən dəyişikliklər paketini qəbul edib
Parlament üçüncü oxunuşda 81 səslə qanunvericilik dəyişiklikləri paketini qəbul edib və ona əsasən, Konstitusiya Məhkəməsinin iddiasının təmin edilməsi halında, qadağan olunması mümkün olacaq: konkret şəxslər tərəfindən siyasi partiya yaradılması, partiyaya üzvlük və onun rəhbərliyi, siyasi vəzifə tutulması, eləcə də bu şəxs tərəfindən siyasi partiyanın maliyyələşdirilməsi, onun partiya siyahısına salınması və ya seçkili vəzifəyə namizəd kimi irəli sürülməsi.
Söhbət parlamentin İstintaq Komissiyasının rəyi əsasında hazırlanmalı olan iddiadan gedir.
Dəyişikliklər dörd qanuna – “Konstitusiya Məhkəməsi haqqında”, “Vətəndaşların siyasi birlikləri haqqında”, “Seçki Məcəlləsi” və “Cinayət Məcəlləsi”nə edilib.
“Gürcü Arzusu”nda İstintaq Komissiyasının rəyi əsasında hazırlanan iddianın yaxın gələcəkdə Konstitusiya Məhkəməsinə veriləcəyini bildiriblər.