Parlament kimi, çoxluq və müxalifət Sakrebulolarda da olacaq
Gürcüstan Parlamenti kimi, çoxluq və müxalifət munispalitetlərin Sakrebulolarında da olacaq. Müvafiq dəyişiklik “yerli özünüidarəetmə məcəlləsinə” edilir, hansı da büronun sabahkı iclasında təqdim olunacaq.
Dəyişikliyə uyğun olaraq, yeni seçilmiş Sakrebulonun ilk toplantısından 35-ci günündən gec olmayaraq, büroya tam tərkibin çoxluğunun imzası ilə təsdiq olunmuş Sakrebulonun çoxluğunun üzvlərinin siyahısı təqdim olunur, hanısı da qeydiyyatdan keçirəcək.
Layihə ilə, munisipöalitetin Sakrebulosunun çoxluğuna daxil olmayan üzvü, Sakrebulonun müxalifətinə aiddir.
Dəyişiklikıər Sakrebulonu sədrinə də aid olur. Daha dəqiq olaraq, səfrin səlahiyyəti olacaq ki, öz baxışlarına müvafiq olaraq, Sakrebulonun komissiyası üzvlüyündən imtina etsin. Həmçinin, onun imknı var ki, Sakrebulonun bir və ya maksimum iki komissiyasına üzv olsun. “Qeyd olunan dəyişiklik Sakrebulo sədrinə öz öhdəlik-səlahiyyətlərini daha yaxşı həyata keçirməsinə imkanlar yaradacaq, müvafiq olaraq menecment təkmilləşəcək, fəaliyyət isə – effektli olacaq”, – qanunlayihədə qeyd olunur.
Dəyişikliklərin təşəbbüskarları çoxluğun üzvləri – Sozar Subari, İrakli Zarkua, Viktor Caparidze, Beka Davituliani, Anzor Bolkvadze və Dimitri Samxaradzedir.