Parlament Ketevan Xurodzenin parlamentin üzvü səlahiyyətini tanıdı

15:11, 29.09.2026

 

Gürcüstan Parlamenti parlamentin əksilmiş üzvü Maia Bitadzenin əvəzləyicisi Ketevan Xurodzenin parlamentin üzvü səlahiyyətini tanıdı. Parlamentin 79 üzvü qərarı dəstəkləyib.

Müvafiq qərar layihəsini plenar iclasda Prosedur Məsələləri Komitəsinin sədri Davit Matikaşvili təqdim edib.

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Ketevan Xurodzeni parlamentin üzvü səlahiyyətinin tanınması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Maia Bitadze Gürcüstanın Baş nazirinin əmri ilə mədəniyyət naziri təyin edilib, buna görə də onun parlamentin üzvü səlahiyyətinə xitam verildi.

Oxşar