Parlament "İnzibati Xətalar Məcəlləsi"nə dəyişikliklər paketini üçüncü dinləmə ilə qəbul edib
Parlament “İnzibati Xətalar Məcəlləsi”nə dəyişikliklər edilməsi barədə qanun layihəsini müşaiyət edən layihələrlə birlikdə üçüncü oxunuşda müzakirə edib və qəbul edib. Bu haqda məlumatı parlament yayır.
Qurumun yazdığı kimi, dəyişikliklərə əsasən, inzibati həbs müddətləri artır.
“İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallara yeni hallar əlavə edilir; Şəxsin inzibati tənbehdən azad hesab olunduğu müddət dəqiqləşdirilir; “Xırda xuliqanlıq əməlinin tərkibi və tənbehin ölçüsü dəqiqləşdirilir; Vandalizmlə bağlı tənbehin ölçüsü dəyişir; Dövlətin siyasi xadimini, siyasi vəzifəli şəxsi, dövlət qulluqçusunu və ya dövlət qulluqçusu ilə bərabər tutulan şəxsi öz xidməti vəzifələrini yerinə yetirərkən və ya onun icrası zamanı şifahi təhqir və ya digər formada təhqir etmək inzibati xəta kimi təsnif edilir; Toplantı və ya nümayişlərin təşkili və keçirilməsi qaydası ilə bağlı pozuntuya görə əməlin tərkibi dəqiqləşdirilir və onlar üçün müəyyən edilmiş tənbehin ölçüsü dəyişir.
Bundan əlavə: spontan toplantı-nümayiş anlayışı müəyyən edilir; Müvəqqəti konstruksiyaların sökülməsi ilə bağlı məsələlər tənzimlənir; Mülkiyyətçinin əvvəlcədən yazılı razılığı olmadan qapalı məkanda/binada toplantı və ya nümayiş keçirmək qadağan olunur; Toplantı və ya nümayiş keçirilərkən binaların girişlərinin, magistral yolların, körpülərin, tunellərin, yol ötürücülərinin, bələdiyyə tərəfindən müəyyən edilmiş nəqliyyat qovşaqlarının və dəmir yollarının kəsilməsi ( blokadaya alınması) qadağan olunur” – parlament tərəfindən yayılmış məlumatda deyilir.