Parlament "İnzibati cəzadan azad edilmə haqqında" qanun layihəsini üçüncü oxunuşda dəstəkləyib
Parlament "İnzibati cəzadan azad edilmə haqqında" qanun layihəsini üçüncü oxunuşda dəstəkləyib

 

Parlament “İnzibati cəzadan azad edilmə haqqında” qanun layihəsini 79 səslə, üçüncü oxunuşda dəstəkləyib.

Qanun layihəsinə əsasən, Gürcüstan paytaxtında yüngül avtomobillə – taksi ilə (M1 kateqoriya) fəaliyyəti icazə şərtlərini pozmaqla və ya müvafiq icazə olmadan 2025-ci ilin noyabrın 1-dək həyata keçirən şəxs birdəfəlik müvəqqəti və xüsusi tədbir şəklində, inzibati hüquq pozuntusunu törətdiyinə görə tətbiq edilən inzibati cəzadan – cərimə ( o cümlədən, üçqat və üçqatın üçqatı cərimədən) və/və ya müvafiq cərimənin icra olunmayan hissəsindən azad ediləcək.

“Gürcü Arzusu” fraksiyasının aparatı qanun layihəsinin müəllifidir. Təşəbbüskarlar parlamentin üzvləridir: İrakli Kadaqişvili, Maia Bitadze, Şota Xabareli, Dimitri Samxaradze, Nika Elisaşvili, Salome Cincolava, Zurab Rurua, Qiorqi Volski, David Kacarava, Akaki Aladaşvili, İrakli Xeladze, Vladimer Bojadze, Rima Beradze, İrma Zavradaşvili, Nodar Turdzeladze, Levan Macavariani, İrakli Zarkua.

Məlumatı Gürcüstan Parlamenti yayır.