Parlament interpelyasiya qaydası ilə xarici işlər naziri Maka Bocorişvilini aprelin 15-də dinləyəcək

13:18, 14.04.2026

 

Sabah, aprelin 15-də parlamentdə xarici işlər naziri Maka Bocorişvilinin interpelyasiyası keçiriləcək.

Parlamentin sədri Şalva Papuaşvilinin Büronun iclasında dediyi kimi, interpelyasiya “Gürcüstan Naminə” fraksiyasının təşəbbüsü ilə keçiriləcək.

“Cari həftə xarici işlər nazirinin interpelyasiyası olacaq. “Gürcüstan Naminə” fraksiyasının sualları əsasında sabah xarici işlər nazirinin interpelyasiyası olacaq. Saat 12:00-yə razılaşmışıq” – Şalva Papuaşvili bildirib.

Oxşar