Parlament İctimai Yayımçının qəyyumlar şurasının üç yeni üzvünü təsdiq etdi
Parlament İctimai Yayımçının qəyyumlar şurasının üç yeni üzvünü təsdiq etdi

Gürcüstan Parlamenti İctimai Yayımçının qəyyumlar şurasının üzvü olaraq Zaza Abaşidzeni, Qriqol Murğuliyanı və Bondo Mdzinaraşvilini təsdiq etdi.

Zaza Abaşidzenin namizədliyini 98 deputat dəstəklədi. Əleyhinə heç deputat səs verməyib.

Bondo Mdzinaraşvilinin namizədliyi 95 leyhinə 13 əleyhinə olaraq təsdiq edildi.

Qriqol Murğuliyanın namizədliyini 92 deputat dəstəklədi və əleyhinə sə verən olmayıb.

Daha bir namizədə, Dodo Şonavanın namizədliyinə gəldikdə, onu 44 deputat dəstəklədi, dördü əleyhinə səs verdi. Lakin səsvermədə kvorum 76 deputat idi, müvafiq olaraq onun namizədliyi təsdiq olunmadı.

İctimai Yayımçının qəyyumlar şurasının üç yeri Ketevan Msxiladzenin, Ninia Kakabdzenin və Giya Yakobaşvilinin səlahiyyəti müddəti tükəndikdən sonra vakant oldu.