Qanunvericilik orqanı hökumətin yeni tərkibinə etimadın bəyan edilməsi prossedurlarını gələn həftədən başlayacaq.
Birinci Kanalın məlumatına görə, namizədlərin və Mamuka Baxtadzenin dinlənilməsi iyulun 15-də başlayacaq.
Mövcud olan məlumata görə, komitə dinləmələri Tbilisidə yerləşən parlamentdə keçiriləcək. İyulun 15-də qanunvericilər Kutaisidə, növbədənkənar iclas formatında hökumətin yeni tərkibinə etimadın bəyan edilməsi barəsində müzakirə aparacaqlar.