Parlament "Hökumətin strukturu, səlahiyyət və fəaliyyəti qaydası haqqında” qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib
Parlament "Hökumətin strukturu, səlahiyyət və fəaliyyəti qaydası haqqında” qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib

 

Parlament “Hökumətin strukturu, səlahiyyət və fəaliyyəti qaydası haqqında” qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.

Dəyişikliklər bugünkü plenar iclasda səsə qoyulub. Qanun layihəsini 84 deputat dəstəkləyib, on nəfər əleyhinə səs verib.

Qəbul edilmiş qərara əsasən, hökumətdə hüquq-mühafizə orqanlarının koordinasiyası məsələləri üzrə dövlət naziri vəzifəsi yaradılır. Bu vəzifəni Mamuka Mdinaradze tutacaq.

Prezident Mixeil Ğavelaşvili parlament tərəfindən üçüncü oxunuşda təsdiqlənən qanun layihəsini imzaladıqdan sonra baş nazir Mamuka Mdinaradzeni bu vəzifəyə təyin etmək hüququna malik olacaq.