Parlament, hökumətin 15 iyula qədər məhduduiyyətlər tədbirlərinin fövqəladə durumun elan edilməsi lazım gəlmədən həyata keçirə biləcəyi dəyişikliklər zərfini üçüncü dinləmə ilə təsdiq etdi
Parlament, hökumətin 15 iyula qədər məhduduiyyətlər tədbirlərinin fövqəladə durumun elan edilməsi lazım gəlmədən həyata keçirə biləcəyi dəyişikliklər zərfini üçüncü dinləmə ilə təsdiq etdi

Gürcüstan Parlamenti “İctimai sağlamlıq barəsində” qanunlayihəni üçüncü dinləmə ilə təsdiq etdi.

Qeydiyyatdan 94 deputat keçdi, dəyişiklikləri 81 deputat dəstəklədi, əleyhinə çıxan olmadı.

Dəyişiklikləri bu gün ikinci və üçüncü dinləmə ilə müzakirə etdilər. Parlamentin qərarı ilə, Gürcüstan hökuməti fövqəladə vəziyyətin elan edilməsi lazım gəlmədən məhdudiyyətləri tədbiq edə biləcək.

O cümlədən, bir yerdən başqa yerə getmək, toplantı, iqtisadi fəaliyyət, miqrasiya və sair.

Dəyişikliyin müddəti 15 iyul ilə müəyyən edildi və dəqiqləşdirildi ki, qanunlayihə ilə nəzədə tutulmuş məsələlər müvəqqəti tədbirlərin görülməsini nəzərdə tutur.

Layihədə xüsusilə qeyd olunub ki, şəxsin izolasiyası və karantinə yerləşdirilməsi barəsində qərar “insan haqqları və əsas hüquqları müdafiəsi Avropa konvensiyası” prinsipi müdafiəsi ilə qəbul olunmalıdır.

Layihədə deyilir ki, yeniyetmənin izolasiyaya və ya karantinə yerləşdirilməsi zamanı, dərhal onun valideynləri məlumatlandırılmalıdır.