Parlament Gürcüstanın baş prokuroru vəzifəsinə Qiorqi Qvarakidzeni seçdi
Gürcüstan Parlamenti Qiorqi Qvarakidzeni baş prokuror vəzifəsinə seçib.
Onun namizədliyi parlamentin plenar iclasında səsverməyə çıxarılıb. Qiorqi Qvarakidzenin lehinə 83 deputat səs verib, əleyhinə çıxan olmayıb.
Qiorqi Qvarakidze bu gün Hüquqi Məsələlər Komitəsinin iclasında da dinlənilib. O, prioritetləri, çağırışları və planları barədə danışıb.
Prokurorluq Şurası Qiorqi Qvarakidzeni baş prokurorluğa namizəd kimi 18 iyun tarixində səs çoxluğu ilə seçmişdi.