Parlament “Gürcüstan hökumətinin strukturu, səlahiyyəti və fəaliyyət qaydası haqqında” Gürcüstan Qanununa dəyişiklik edilməsi barədə” qanun layihəsini birinci oxunuşda qəbul edib
Parlament “Gürcüstan hökumətinin strukturu, səlahiyyəti və fəaliyyət qaydası haqqında” Gürcüstan Qanununa dəyişiklik edilməsi barədə” qanun layihəsini birinci oxunuşda qəbul edib.
Parlamentin mətbuat xidmətinin məlumatına əsasən, qanun layihəsinə əsasən, nazirin birinci müavini/müavini müvafiq nazirliyin idarəetmə sahəsinə daxil olan və ya onun dövlət nəzarətinə tabe olan publik hüquqi şəxsin rəhbəri, habelə müvafiq nazirliyin idarəetmə sahəsinə daxil olan dövlət tabeçiliyindəki qurumun rəhbəri səlahiyyətini əvəzçiliklə icra etmək hüququna malik olur.
Məruzəçi, hökumətin parlamentdəki katibi Vaxtanq Baçiaşvilinin izahına əsasən, nazirin birinci müavininə/müavininə baş nazirin xüsusi nümayəndəsi funksiyası tapşırıla bilər.
Müvafiq dəyişiklik həmçinin “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna daxil edilir.
Parlamentdə hökumətin qanunvericilik təşəbbüsü təcili qaydada müzakirə olunur.