Parlament “Qrantlar haqqında” qanuna dəyişikliyi birinci oxunuşda, sürətləndirilmiş şəkildə müzakirə edib və 80 səslə, yekdilliklə dəstəkləyib.
Qanun layihəsinə əsasən, Gürcüstanda akkreditə olunmuş diplomatik nümayəndəlik, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəlikləri tərəfindən verilən və xarici ölkənin hakimiyyətinin və ya xarici siyasi partiyanın siyasi və ya ictimai maraqlarından, yanaşmalarından və ya əlaqələrindən irəli gələn fəaliyyət üçün istifadə edilən və ya istifadə edilə bilən vəsaitlər artıq qrant hesab edilmir.
Məruzəçi, Hüquqi Məsələləri Komitəsinin sədri Arçil Qorduladzenin qeyd etdiyi kimi, əgər xarici ölkənin səfirliyi öz fəaliyyətini həyata keçirmək məqsədilə öz dövlətindən vəsait alırsa, bu, qrant hesab edilməyəcək və müvafiq olaraq, Gürcüstan hökumətinin razılığı da zəruri olmayacaq.
Layihəyə əsasən, əgər səfirlik Gürcüstan vətəndaşına, fiziki və ya hüquqi şəxsə qrant verməyi planlaşdırırsa, bunun üçün yenə də Gürcüstan hökuməti ilə razılaşma lazım olacaq.
Məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayır.