Parlament qarşısında dzyudoçuların etiraz aksiyası keçirilir (foto)
Tbilisidə, Parlament binası qarşısında dzyudoçuların və onların tərəfdarlarının etiraz aksiyası keçirilir. Aksiya iştirakçıları Dzyudo Federasiyası prezidentinin, David Kevxişvilinin istefasını tələb edirlər.
“Biz burada ona görə dururuq ki, öz mövqeyimizi qeyd edək, gürcü dzyudosu hansı durumdadır, bilavasitə federasiyanı kim idarə edir və David Kevxişvili kimdir. O, qərarları müstəqil, heç kimlə razılaşdırmadan qəbul edir. Buna görə onunla işləmək mümkün deyil.
O, vəzifəsindən istefa verməlidir, bu bizim əsas tələbimizdir.
Biz təxminən bir aydır məşq edə bilmirik. Ölkənin birinci şəxsini, bu istərsə baş nazir, istərsə Bidzina İvanişvili olsun, bizə vaxt tapıb dinləməyə çağırırıq”, – yığma kapitanı Varlam Liparteliani bəyan etdi.