Parlament fiziki şəxsin əmlak vergisindən tam azad edildiyi vahid, 100 000 larilik həddin tətbiq olunması ilə bağlı dəyişikliyi birinci dinləmədə dəstəkləyib

15:35, 29.09.2026

 

Gürcüstan Parlamenti birinci dinləmədə, təcili qaydada “Gürcüstanın Vergi Məcəlləsi”ndə dəyişikliyi müzakirə edib və 82 səslə dəstəkləyib.

Qanun layihəsi ilə qüvvədə olan çox mərhələli sistem (40 000 larilik hədd və müvafiq dərəcələr) ləğv edilir və vahid, 100 000 lari məbləğində gəlir həddi müəyyən olunur, bu hədd çərçivəsində də fiziki şəxs əmlak vergisindən tam azad edilir.

Qeyd olunan dəyişiklik “Gürcüstanın Vergi Məcəlləsi”nə uyğun olaraq Bəyannaməsi 2026-cı ildə həyata keçirilməli olan əmlak vergisinə şamil edilir.

Məruzəçi, Maliyyə-Büdcə Komitəsinin sədri Paata Kvijinadzenin bəyanatına əsasən, dəyişiklik 81 min ailəyə şamil olunacaq.
Qanunvericilik dəyişikliyi dərc edildiyi andan qüvvəyə minəcək.

Oxşar