Parlament ərzaq məhsulu, dərmanlar və yanacağın qiymət formalaşmasını öyrənəcək və fevralın 5-dən fəaliyyətə başlayacaq müvəqqəti komissiyanı təsdiqləyib
Qanunverici orqan “Ərzaq məhsulu, dərmanlar və yanacağın qiymət formalaşmasının strukturunu öyrənəcək Gürcüstan Parlamentinin Müvəqqəti Komissiyasının yaradılması haqqında” parlamentin qərar layihəsini 88 səslə dəstəkləyib.
“Gürcü Arzusu” fraksiyasının sədri İrakli Kirtsxalia qərar layihəsini iclasda təqdim edib.
Müvəqqəti komissiya öz səlahiyyəti çərçivəsində ərzaq məhsulu, dərmanlar və yanacağın qiymətlərinin formalaşması mexanizmlərinin şəffaf və obyektiv öyrənilməsini təmin edəcək.
Komissiya müvafiq rəy və tövsiyələri işləyib hazırlayacaq. Parlamentin müvəqqəti komissiyasının səlahiyyət müddəti üç ay müəyyən edilir.
Komissiyanın üzvlərinin sayı, fraksiyaların və siyasi qrupların kvotaları Prosedur Məsələləri Komitəsinin iclasında müəyyən ediləcək.
“Komissiya işə başlayanda ictimaiyyət qanunverici orqanda gedəcək və eləcə də hökumət komissiyası formatında gedən vacib prosesi birbaşa efirdə izləmək imkanı əldə edəcək. Məsələnin həlli yollarını yalnız bizneslə birlikdə və onların iştirakı ilə müzakirə edəcəyik. Əminəm ki, birlikdə yollar tapacağıq və bu problemi həll edəcəyik” – İrakli Kirtsxalia bildirib.
Müvəqqəti komissiya fevralın 5-də fəaliyyətə başlayacaq.
Məlumatı Gürcüstan Parlamenti yayır.