Parlament ərazi bütövlüyünün bərpası və işğaldan azad edilmə məsələləri ilə əlaqədar müvəqqəti komissiyanın yaradılmasını dəstəkləyib
Parlament ərazi bütövlüyünün bərpası və işğaldan azad edilmə məsələləri ilə əlaqədar müvəqqəti komissiyanın yaradılmasını dəstəkləyib

 
Parlament ərazi bütövlüyünün bərpası və işğaldan azad edilmə məsələləri ilə əlaqədar müvəqqəti komissiyanın yaradılmasını dəstəkləyib.

Parlamentin üzvü İrakli Kirtsxalianın iclasda dediyi kimi, Gürcüstanın onuncu çağırış parlamentinin səlahiyyətlərinə xitam verildikdən dərhal sonra parlamentin ərazi bütövlüyünün bərpası məsələləri üzrə müvəqqəti komissiyanın səlahiyyətləri də dayandırıldı.

Gürcüstan Parlamentinin reqlamentinin 72-ci maddəsinin 2-ci bəndinə, 73-cü maddəsinin və 74-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq, parlamentin ərazi bütövlüyünün bərpası və işğaldan azad edilmə məsələləri ilə əlaqədar müvəqqəti komissiyasının yaradılması məqsədəuyğundur. Komissiyanın fəaliyyəti Gürcüstanın ərazi bütövlüyünün bərpasına və işğaldan azad edilmə məsələlərinin həllinə yönəldiləcək.

Məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayır.