Parlament “Energetika və su təchizatı haqqında” Gürcüstan Qanununa dəyişiklik edilməsi barədə” qanun layihəsini 79 səslə dəstəkləyib

20:10, 27.10.2026

 

Parlament “Energetika və su təchizatı haqqında” Gürcüstan Qanununa dəyişiklik edilməsi barədə” qanun layihəsini birinci oxunuşda müzakirə edib, 8 əleyhinə olmaqla 79 səslə dəstəkləyib.

Parlamentin mətbuat xidmətinin məlumatında, qanun layihəsini həmkarlarına İqtisadi Siyasət Komitəsinin sədri Şota Berekaşvilinin təqdim etdiyi deyilir.

Xüsusilə, qüvvədə olan tənzimləməyə əsasən, su təchizatı tarifinin müəyyən edilməsi zamanı Tənzimləmə Komissiyası 2027-ci ilin yanvarın 1-dək su təchizatı xidmətinin dəyərini müxtəlif kateqoriyalı istehlakçılar üçün fərqli mütənasiblikdə bölüşdürmək səlahiyyətinə malikdir. Qanun layihəsi ilə qeyd olunan tarix 2036-cı ilin yanvarın 1-dək uzadılır.

Şota Berekaşvilinin bəyanatına əsasən, dəyişikliyə əsasən, Tənzimləmə Komissiyası keçid dövründə – 2036-cı ilin yanvarın 1-dək su təchizatı, 2038-ci ilin yanvarın 1-dək isə təbii qaz tarifinin müəyyən edilməsi zamanı məişət istehlakçılarının istifadə etdiyi həcmə uyğun olaraq fərqli xidmət haqqı təyin etmək səlahiyyətinə malik olacaq.

“Qeyd olunan dəyişikliklərin məqsədi bir tərəfdən vətəndaşların sosial maraqlarının qorunması, digər tərəfdən isə enerji resurslarından səmərəli istifadəyə dəstək verəcək hüquqi mexanizmin yaradılmasıdır” – Şota Berekaşvili qeyd edib.

Parlamentdə təcili qaydada müzakirə olunan qanun layihəsi parlament əksəriyyətinin üzvlərinin qanunvericilik təşəbbüsü ilə hazırlanıb.

Oxşar