Parlament əksəriyyəti baş nazir namizədi olaraq, Mamuka Baxtadzeyi təqdim etdi
Parlament əksəriyyəti baş nazir namizədi olaraq, Mamuka Baxtadzeyi təqdim etdi.
Bu barədə məlumatı partiya iclası başa çatdıqdan sonra, parlament əksəriyyətinin lideri Arçil Talakvadze verdi.
Mamuka Baxtadze 2017-ci ilin noyabrın 13-dən Gürcüstanın Maliyyə Naziri vəzifəsində işləyir.
2010-2012-ci illərdə “Gürcüstan dəmir yolunun” baş direktoru idi.
2007-2008-ci illərdə – “Rçeuli”mehmanxalaları şəbəkəsinin qəyyumlar şurasının üzvü, 2005-2006-cı illərdə isə, “Gürcüstanın dəmir yolu”-nun layihə meneceri idi.
Mamuka Baxtadze texniki elmlər doktorudur.
İvane Cavaxişvili adına Dövlət Universitetini və Gürcüstanın Texniki Universitetlərini bitirib və həmçinin, Moskvanın Lomonosov adına Dövlət Universitetinin maqistr dərəcəsinə sahibdir.
2010-cu ildə isə, INSEAD-ın biznes məktəbində MBA kvalifikasiyası alıb.
Xatırladaq ki, Gürcüstanın sabiq baş naziri Giorgi Kvirikaşvili dünən istifadə etdi.