Parlament Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri kimi Tamaz Boraşvilinin namizədliyini çərşənbə günü səsverməyə çıxaracaq
Qeka Qeladze daxili işlər nazirinin müavini vəzifəsinə keçir. İlk növbədə, Qeka Qeladzeyə təhlükəsizlik xidmətinin rəhbəri kimi fəaliyyətinə görə təşəkkür etmək və gələcək fəaliyyətində uğurlar arzulamaq istəyirəm – bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Bununla yanaşı, o, Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəhbərinin namizədliyinin səsverməsinin parlamentdə çərşənbə günü keçiriləcəyini deyib.
“Baş nazir tərəfindən təqdim olunan namizədlik – Tamaz Boraşvilinin namizədliyi artıq daxil olub və biz bunu bu gün Müdafiə və Təhlükəsizlik Komitəsinə təqdim edəcəyik. Reqlamentdən irəli gələrək, komitə iclasının təyin edilməsi tələb olunduğundan, iki günlük müddət nəzərə alınaraq komitə iclası çərşənbə günü səhər saatlarına təyin olunacaq və çərşənbə günü artıq parlamentdə namizədlik üzrə səsvermə keçiriləcək” – Papuaşvili qeyd edib.