Parlament doğuma görə ödənişli məzuniyyət və uşağa qulluq üçün verilən pul yardımına həbs qoyulmayacağını nəzərdə tutan dəyişikliyi üçüncü oxunuşda qəbul edib

18:00, 10.11.2026

 

Gürcüstan Parlamenti 72 lehinə, 1 əleyhinə səslə “İcra İcraatı haqqında” qanuna dəyişikliyi üçüncü oxunuşda qəbul edib.

Qanun layihəsini plenar iclasda İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin sədr müavini Savalan Mirzoyev təqdim edib.

Dəyişikliyə əsasən, hamiləliyə və doğuma görə ödənişli məzuniyyət, eləcə də uşağa qulluq və yenidoğulmuşun övladlığa götürülməsi ilə bağlı ödənişli məzuniyyət dövründə Gürcüstan hökuməti tərəfindən müəyyən edilmiş məbləğdə dövlət büdcəsindən verilən pul yardımına həbs qoyulmayacaq.

Oxşar