Parlament Davit Mamiseişvilini Ali Məhkəmənin hakimi vəzifəsinə təsdiqləyib
Parlament 85 lehinə, 12 əleyhinə səslə Davit Mamiseişvilini Ali Məhkəmənin hakimi vəzifəsinə təsdiqləyib.
Səsvermədən əvvəl dünən Hüquq Məsələləri Komitəsinin iclasında Mamiseişvili dinlənilib.
Onun namizədliyi Ali Məhkəmənin hakimi vəzifəsinə seçilmək üçün parlamentə Ali Ədliyyə Şurası tərəfindən təqdim edilmişdi.
Davit Mamiseişvilinin Ali Məhkəmənin hakimi seçilməsi haqqında qərar 2027-ci ilin aprelin 30-da qüvvəyə minəcək.