Parlament birinci oxunuşda 2026–2027-ci tədris ilində ümumi təhsilin ibtidai mərhələsində təhsilə başlamaqla bağlı dəyişikliyi dəstəkləyib
Parlament birinci oxunuşda 2026–2027-ci tədris ilində ümumi təhsilin ibtidai mərhələsində təhsilə başlamaqla bağlı dəyişikliyi dəstəkləyib

 

Parlament “Ümumi təhsil haqda” qanuna dəyişikliyi 87 səslə, sürətləndirilmiş şəkildə birinci oxunuşda dəstəkləyib.

Dəyişikliyə əsasən, qanunun keçid müddəasına müstəsna tənzimləmə əlavə olunur və ona əsasən, 2026-2027-ci tədris ilində valideynin qərarı ilə könüllü şəkildə, 2026-cı ilin sentyabrın 16-dan 2026-cı ilin dekabrın 31-i də daxil olmaqla 6 yaşı tamam olan uşaqların ümumi təhsilin ibtidai mərhələsində birinci sinifdə oxumağa başlamaq imkanı olacaq.

Təhsil, elm və gənclik nazirinin müavini Tamar Maxaraşvili məsələni plenar iclasda təqdim edib.

“Birinci sinif şagirdlərinin qeydiyyatının birinci mərhələsi artıq başlayıb və bizim üçün sentyabrın 16-dan sonra dekabrın 31-i də daxil olmaqla doğulan uşaqlara qeydiyyatın bütün mərhələlərindən yararlanmaq imkanının verilməsi vacibdir. Bundan irəli gələrək, hesab etdik ki, qeyd olunan qanun layihəsi sürətləndirilmiş şəkildə nəzərdən keçirilsin” – Tamar Maxaraşvili bildirib.