Parlament binasının yanında etiraz aksiyasının saat 16:00-dan davam etməsi planlaşdırırlır
Parlament binasının yanında Zaza Saralidzeyi dəstəklənək üçün keçirilən etiraz aksiyasının saat 16:00-dan davam etməsi planlaşdırırlır. Bu barədə məlumatı aksiya təşkilatçıları verdilər.
Etiraz aksiyası Xorava küçəsində, dekabr ayında, yaşıdları tərəfindən qətlə yetirilən iki yeniyetmənin qətlində ittiham edilən gənclərin dünən məhkəmə tərəfindən suçlu elan edilməsindən sonra başladı.
Öldürülən yeniyetmələrin yaxınları bəyan edirlər ki, qatillərin hamısı həbs edilməyib.
Dünən başlayan etiraz aksiyasına cavab olaraq, baş prokuror Arçil Şotadze istefa etdi.
Dünən gecə aksiya iştirakçılarının yanına baş nazir Giorgi Kvirikaşvili getdi, ancaq aksiya iştirakçıları ona söz deməyə imkan vermədilər və butılkalar atmağa başladılar. Kvirikaşvili isə, aksiyadan getmək zorunda qaldı.
Daha sonra, Giorgi Kvirikaşvili iqtidar administrasiyasında brifinq keçirdi.