Parlament Ani Vazaqaşvilini Milli Rabitə Komissiyasının üzvü seçib
Parlament Ani Vazaqaşvilini Milli Rabitə Komissiyasının üzvü seçib

 

Parlament Ani Vazaqaşvilini Milli Rabitə Komissiyasının üzvü seçib.

Parlamentin 80 üzvü Ani Vazaqaşviliyə səs verib.

Ani Vazaqaşvili ilə yanaşı, Qiorqi Elisaşvili və Solomon Ekvtimişvili də bəhsi keçən bir vakant yerə namizəd göstərilmişdi.

Səsvermə zamanı altı deputat Qiorqi Elisaşvilini dəstəkləyib, altısı isə əleyhinə səs verib. Solomon Ekvtimişvilinin namizədliyini isə üç nəfər dəstəkləyib və beşi əleyhinə olub.