Parlament ali təhsil islahatı ilə bağlı qanunvericilik dəyişikliklərini dəstəkləyib
Parlament ali təhsil islahatı ilə bağlı qanunvericilik dəyişikliklərini dəstəkləyib

 

Gürcüstan Parlamenti “Ali təhsil haqda” qanuna və ali təhsilin islahatı ilə bağlı ondan irəli gələn qanun layihələrində dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.

Təhsil, elm və gənclik nazirinin müavini Zviad Qabisonia məsələni plenar iclasda üçüncü oxunuşda, sürətləndirilmiş qaydada təqdim edib.

Dəyişikliklərə əsasən, Gürcüstan hökuməti tərəfindən əsası qoyulmuş ali təhsil müəssisələrində Gürcüstan vətəndaşının akademik ali təhsilin I və II pillələrində təhsilini dövlət tam maliyyələşdirəcək. Digər tərəfdən, Gürcüstan hökuməti tərəfindən əsası qoyulmuş ali təhsil müəssisələrində akademik ali təhsilin I və II pillələrində başqa şəxslərin təhsilinin dövlət tərəfindən maliyyələşdirilməsi qaydası və şərtlərini Gürcüstan hökuməti müəyyən edəcək. Bununla yanaşı, universitet sistemində 3+1+1 sistemi tətbiq ediləcək, üç il bakalavriat, bir il isə magistraturaya həsr olunacaq.

Həmçinin, dəyişikliklər onlayn universitet konsepsiyası/modeli və standartının işlənib hazırlanması müddətinin 2028-ci ilin yanvarın 1-nə qədər çəkilməsini nəzərdə tutur.