Parlament "Ali təhsil haqqında" qanuna dəyişikliyi üçüncü oxunuşda qəbul edib
Qanunverici orqan “Ali təhsil haqqında” qanuna dəyişikliyi üçüncü oxunuşda, sürətləndirilmiş qaydada müzakirə edib və 85 səslə qəbul edib.
Təhsil, elm və gənclik nazirinin müavini Qiorqi Cincaradze məsələni iclasda təqdim edib.
Nazir müavini bildirib ki, idmançıların dəstəklənməsi məqsədilə vahid milli imtahanlardan keçmədən Fiziki Tərbiyə və İdman Dövlət Universitetində oxumaq imkanı olan şəxslərin dairəsi genişləndirilir. Xüsusilə, dəyişikliyə əsasən, fərdi idman növləri üzrə dünya və Avropa çempionatlarının (o cümlədən para-idman növləri üzrə) qızıl, gümüş və ya bürünc medalçıları olan Gürcüstanın milli yığma komandalarının üzvlərinə, komanda idman növləri üzrə Olimpiya oyunlarında, Paralimpiya oyunlarında və ya dünya və Avropa çempionatlarının (o cümlədən para-idman növləri üzrə) final mərhələlərində iştirak edəcək və/və ya həmin yarışlarda iştirak hüququ qazanacaq milli yığma komandanın üzvlərinə Gürcüstanın Fiziki Tərbiyə və İdman Dövlət Universitetinə vahid milli imtahanlar olmadan, şərtsiz qəbul olunmaq imkanı veriləcək.
Həmçinin, dəyişiklik Fiziki Tərbiyə və İdman Dövlət Universitetinə şərtlə qəbul olan idmançılara da şamil ediləcək.
Eyni zamanda, Fiziki Tərbiyə və İdman Dövlət Universitetinə vahid milli imtahanlardan keçmədən qəbul qaydası milli idman təşkilatı İdman Nazirliyi tərəfindən tanınmış olan idman növlərinə şamil oluna bilər
Bu dəyişiklik təhsil qrantı qazanmaq istəyən şəxslərə şamil edilmir.