Parlament 2026–2027-ci tədris ilində ümumi təhsilin ibtidai pilləsində təhsilə başlanması ilə bağlı olan "Ümumi təhsil haqqında" qanuna dəyişikliyi qəbul edib
Parlament 2026–2027-ci tədris ilində ümumi təhsilin ibtidai pilləsində təhsilə başlanması ilə bağlı olan "Ümumi təhsil haqqında" qanuna dəyişikliyi qəbul edib

 

“Ümumi təhsil haqqında” Gürcüstan Qanununa dəyişiklik edilməsi haqqında” qanun layihəsinə əsasən, 2026-2027-ci tədris ilində valideynin qərarı ilə 2026-cı ilin dekabrın 31-i də daxil olmaqla altı yaşı tamam olan uşaqlara da məktəblərdə birinci sinifə qəbul imkanı veriləcək.

Parlamentin bu gün üçüncü oxunuşda, 87 səslə qəbul etdiyi qanun layihəsini təhsil, elm və gənclik nazirinin müavini Tamar Maxaraşvili təqdim edib.

Dəyişikliyə əsasən, keçid müddəasının hissəsinə müstəsna tənzimləmə əlavə olunur və ona əsasən, 2026-2027-ci tədris ilində valideynin qərarı ilə könüllü şəkildə, 2026-cı ilin sentyabrın 16-dan 2026-cı ilin dekabrın 31-i də daxil olmaqla olan dövrdə 6 yaşı tamam olan uşaqların ümumi təhsilin ibtidai pilləsində oxumağa başlamaq imkanı olacaq.

Parlament qanun layihəsinə sürətləndirilmiş şəkildə baxıb.