Parisin bir neçə rayonunda komendant saatı tətbiq olunub, Marseldə isə şənbə günü aksiyalar qadağan edilib
Parisin bir neçə rayonunda komendant saatı tətbiq olunub, Marseldə isə şənbə günü aksiyalar qadağan edilib.
Parisin bir neçə rayonunda komendant saatı oktyabrın 22-dən 25-i də daxil olmaqla, hər gün saat 23:00-dan növbəti günün saat 06:00-dək qüvvədə olacaq. Bu barədə Polis Prefekturasında açıqlayıblar.
Qeyd olunan müddətdə həddi-büluğa çatmış və yetkinlik yaşına çatmayan şəxslərin Parisdə Respublika meydanı və Le Alın ətraf ərazilərində olması qadağandır.
Fransanın Marsel şəhərində isə şənbə günü hər cür etiraz aksiyası qadağan edilib. Bununla yanaşı, şənbə günü Marseldə ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq. Qərarın məqsədi yeni nümayişlər zamanı mümkün iğtişaşların qarşısını almaqdır.
Bununla yanaşı, şəhərin mərkəzində yetkinlik yaşına çatmayanlar üçün qüvvədə olan komendant saatı genişləndirilib və şənbə və bazar günlərinin gecələri həddi-büluğa çatmış şəxslərə də şamil ediləcək.