Parisin Apelyasiya Məhkəməsində Marin Le Penin işinin müzakirəsi başladı
Parisin Apelyasiya Məhkəməsində Marin Le Penin işinin müzakirəsi başladı

 

Parisin Apelyasiya Məhkəməsində ifrat sağçı “Milli Birlik” partiyasının lideri Marin Le Penin işinin müzakirəsi başladı.

Məhkəmə qərar verməlidir ki, Marin Le Pen 2027-ci ilin prezident seçkilərində iştirak edə biləcəkmi, yoxsa yox.

Cari ilin martında onun və digər səkkiz deputatın Avropa İttifaqının fondlarından 4 milyon avrodan çox vəsaiti mənimsəməkdə təqsirli bilinməsindən sonra məhkəmənin qərarı ilə ona beş il müddətə dövlət vəzifəsi tutmaq qadağan edilib.

Apelyasiya Məhkəməsində dinləmə bir ay davam edəcək. Əgər məhkəmə əvvəlki instansiyanın qərarını ləğv edərsə və ya məhdudiyyət müddətini azaldarsa, Marin Le Pen prezident seçkilərində iştirak etmək hüququ qazanacaq. Şikayətin təmin edilməməsi halında Marin Le Pen apelyasiya məhkəməsinin qərarına kassasiya şikayəti vermək hüququna malik olacaq.