Parisdən ikinci medal - Nuqzar Tatalaşvilinin bürünc medalı (video)
Parisin Qran Slemində ikinci günün final bloku Nuqzar Tatalaşvili və Kanadalı Antuan Vilos-Fortierin bürünc medal uğrunda mübarizə ilə başladı.
Görüşün əsas vaxtı xalsız başa çatdı. Əlavə vaxtda idmançılar iki-iki şıdə ilə keçdilər. 54-cü saniyədə Nuqzar vazarı götürərək 81 kiloqram çəki kateqoriyasında beynəlxalq arenada öz ilk medalını əldə etdi.
Eyni çəkidə bürünc medal Holandiyalı Frank De Vitə verildi. Çempion Yaponyalı Fucivara oldu. Gümüşə isə Cənubi Koreyalı Lii sahib çıxdı.
Xatırladaq ki, Gürcüstan yığması üçün bu Parisin Qran Slemində ikinci medalıdır. Dünən 73 kiloqram çəki kateqoriyasında Laşa Şavdatuaşvili gümüş medalını qazandı.
Elə bu gün iki gürcü – Beka Ğviniaşvili (90) və Varlam Liparteliani (100) medal üçün mübarizə aparacaq.