Parisdə sabaha planlaşdırılan etiraz yürüşünün marşrutu ilə bağlı məhkəmə polis prefekturasının Bastiliya və Natsii meydanları arasında yürüşü qadağan edən qərarını dayandırıb

22:32, 30.10.2026

 

Parisdə sabaha planlaşdırılan etiraz yürüşünün marşrutu ilə bağlı məhkəmə polis prefekturasının qərarını dayandırıb.

Fransa paytaxtının İnzibati Məhkəməsi polis prefekturasının nümayişçilərə Bastiliya meydanından Natsii meydanına qədər yürüşü qadağan edən sərəncamını dayandırıb.

Buna qədər Paris Polis Prefekturası həmkarlar ittifaqları və “Sarı jiletlilər” hərəkatı tərəfindən təklif olunan marşrutları rədd etmiş və aksiya iştirakçılarına alternativ olaraq Banyole darvazasından Şaranton darvazasınadək olan yolu təklif etmişdi.

Bu qərar həmkarlar ittifaqlarının narazılığına səbəb olub. “Solidaires” təşkilatının nümayəndələrinin bəyanatına əsasən, polisin təklif etdiyi marşrut nümayişçilərin təhlükəsiz toplanması və hərəkəti üçün problemlər yaradırdı.

Məhkəmənin qərarı ilə Bastiliya və Natsii meydanları arasında yürüşün qadağan edilməsi bu mərhələdə dayandırılıb.

Oxşar