Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, inauqurasiya görüşü plenar iclasla açılacaq. İclasa Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani və onun Fransalı həmkarı Jan-iv Le Drian rəhbərlik edəcəklər.
Onlar sessiya iştirakçılarına nitqlə müraciət edəcəklər.
“Dimitri Amilaxvari adına gürcü-fransız dialoqunun” məqsədi ölkələr arasında siyasi, Parlament, müdafiə, təhlükəsizlik, iqtisadiyyat və ticarət, həmçinin mədəniyyət və təhsil sahəsində mövcud olan əməkdaşlığın inkişafı və dərinləşdirilməsidir”, – Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Dialoqun təsis olunması haqqında bəyannaməni 2019-cu il fevralın 19-da Gürcüstan və Fransa prezidentləri imzaladılar.
Dialoq ildə bir dəfə, Tbilisi və Parisdə keçiriləcək.