Fransanın paytaxtında ailə zoraklığına on minlərcə insan etirazını bildirdi. Aksiya iştirakçıları Parisin Operasından Era Meydanına qədər yürüş təşkil etdilər.
Etiraz aksiyasında 50 minə qədər insan iştirak etdi. Aksiya zamanı “Bütün dünya qadınlarına həmrəylik” şüarı səsləndirilirdi.
“Reuters” yazır ki, cari ildə 130-dan artıq qadın ailə zoraklığı qurbanı oldu. Etiraz aksiyası Era Meydanında konsert ilə başa çatdı.