Parisdə 170 məkanda Gürcüstanın turizm banerləri yerləşdirildi
Parisdə 170 məkanda Gürcüstanın turizm banerləri yerləşdirildi

Gürcüstanın Milli Turizm Administrasiyası Fransada genişmiqyaslı marketinq kampaniyası həyata keçirir.

Milli Turizm Administrasiyasının məlumatına görə, kampaniya çərçivəsində Paris metrosunun stansiyaları yaxınlığında, ümumilikdə 170 məkanda, şəhərin mərkəzi küçə və meydanlarında Gürcüstan haqqında banerlər quraşdırılıb.

“Məlumat lövhələrində Gürcüstanın turistik cəhətdən maraqlı məkanları əks olunub. Metronun sərnişinləri və küçədən keçən insanlar Gürcüstanın təbiəti, mədəniyyəti və tarixi şəhərləri ilə tanış ola bilərlər”, – deyə məlumatda qeyd olunur.