Paris prokurorluğunun məlumatına əsasən, Luvr muzeyindən zinət əşyalarının oğurlanması ittihamı ilə saxlanılan iki nəfər qarətdə iştirak etdiklərini etiraf edir, hakimiyyət oğurlanmış əşyaları hələlik qaytarmayıb

Paris prokurorluğunun bəyanatına əsasən, Luvr muzeyindən zinət əşyalarının oğurlanması ittihamı ilə saxlanılan iki nəfər qarətdə iştirak etdiklərini etiraf edir.

Onlar barəsində ilkin həbs qətimkan tədbiri seçilib.

Bununla yanaşı, Paris prokurorluğunun izah etdiyi kimi, oğurlanmış zinət əşyalarını hakimiyyət hələlik qaytarmayıb.

Hər iki şübhəlini ötən həftə saxlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları onlardan birini təyyarəyə minməyə hazırlaşarkən Şarl de Qoll hava limanında saxlayıblar. İki şübhəli isə hələ də axtarışdadır.

Məlumat üçün bildirək ki, Luvr Muzeyində soyğun hadisəsi oktyabrın 19-da baş verib. Bir neçə maskalı şəxs Napoleonun kolleksiyasından zərgərlik əşyalarını oğurlayıb. Muzeydən götürülmüş zərgərlik əşyalarının dəyəri təxminən 88 milyon avrodur.