Paris Polis Prefekturası zorakılıq və qarət törədən şəxslərin sürətlə müəyyən edilməsi üçün xüsusi platforma yaradıb

17:55, 20.10.2026

 

Paris Polis Prefekturası zorakılıq və qarət törədən şəxslərin sürətlə müəyyən edilməsi üçün xüsusi platforma yaradıb. Bu barədə prefektura sosial şəbəkədə bəyan edib.

Qurumun məlumatına əsasən, prefekt vətəndaşların 17 oktyabr və növbəti günlərdə aksiyada baş vermiş qarətlərin video kadrlarını polislə bölüşə biləcəkləri “xüsusi platforma”nın yaradılmasına qərar verib.

Prefektura vətəndaşları vaxt itirməməyə və bütün video və ya fotoları polisə təqdim etməyə çağırır ki, zorakılıq törədənlərin müəyyən olunması və saxlanılması daha sürətlə həyata keçirilsin.

Oxşar